Bu il işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, növbəti illərdən etibarən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək.
Məzahir Pənahov qeyd edib ki, [lkə üzrə ümumilikdə 685 bələdiyyə var. Yanvarın 29-da keçiriləcək seçkilərdə bələdiyyələrə 8 min 71 üzv seçilməlidir. İndiyə qədər olan məlumatlara əsasən, 17 minə yaxın üzvün namizədliyi qeydə alınıb.
MSK sədri deyib ki, Bələdiyyə seçkilərində namizədlərin və seçilənlərin sayı çox olduğundan yanvarın 29-u axşam və ya səhəri ilkin nəticələri ictimaiyyətə çatdırmağa çalışacağıq.
O həmçinin bildirib ki, seçkilərdə iştirak üçün xarici müşahidəçilər müraciət etməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.