Vaşinqton, 21 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp danışıqlara başlandıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı bu barədə Ağ evdə Oval ofisdə prezident kimi jurnalistlərə ilk açıqlamasında deyib. Yeni prezident bildirib ki, bu istiqamətdə proses artıq gedir. “Biz bunu mümkün qədər tez yerinə yetirməyə çalışacağıq. Əslində bilirsiniz ki, Ukrayna və Rusiya arasında müharibə heç zaman başlamamalı idi”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton