Tramp Baydenin 78 qərarını ləğv etdi
ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra keçmiş prezident Co Baydenin 78 fərman və memorandumunu ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb .
Məlumata görə, Tramp Vaşinqtonda “Capital One Arena” idman-konsert kompleksində tərəfdarları qarşısında mitinqdə çıxış edərək, Baydenin qərarlarını ləğv edən bir sıra fərmanlar imzalayıb.
Telekanalın məlumatına görə, ABŞ-nin yeni prezidenti əvvəlki administrasiyanın ümumilikdə 78 fərman və memorandumunu ləğv edib.
Telekanal xəbər verir ki, imzalamağı bitirən Amerika lideri sənədləri imzaladığı qələmləri izdihamın arasına atıb.