AZ

Oliqarxlar, avantüristlər və siyasi fırıldaqçılar - Politoloqdan ŞOK AÇIQLAMA

"Bəli, Tramp hakimiyyətə gəldi və istər dünyada, istərsə də ABŞ-nin özündə çox pessimist proqnozlar mövcuddur. Bu proqnozlar təkcə ekspertlər tərəfindən deyil, diplomatik səviyyələrdə də, siyasi dairələrdə də Trampın qayıdışı müsbət qiymətləndirilməyib".

Bu sözləri News24.az-a danışan politoloq Ərəstun Oruclu deyib.


O bildirib ki, Donald Tramp klassik populistdir və o verdiyi vədləri, seçicilərin rəğbətini qazanmaq üçün irəli sürdüyü iddiaların heç birinə əməl etməyəcək. 

"ABŞ bazarında nə qiymətləri ucuzlaşdıra biləcək, nə yanacağın qiymətini, nə də enerji daşıyıcılarının qiymətini aşağa sala biləcək. Ancaq fakt baş verib. ABŞ-də əhalinin böyük bir hissəsi savadsızdır və ikinci dəfədir çox sadəlövcəsinə populistlərə aldanırlar", - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Trampın komandasına baxdıqda hansı reallıqların üzə çıxacağını görmək mümkündür: 

"Trampın ətrafında olanlar ya yalnız pul qazanmaqda marağı olan oliqarxlardır, ya siyasətdən uzaq avantüristlərdir, ya da hansısa irqçi, ayrı-seçkiliyə meyilli siyasi fırıldaqçılardır. Belə bir komanda nə dünyanı, nə də ABŞ-ni yaxşı nəticələrə gətirib çıxara bilər.

Mənim təsəvvürümdə Tramp avantüristdir, onun ətrafına toplaşanlar ondan da avantüristdir. Üstəlik də, bu bir oliqarxiya hakimiyyətidir və bunlar ölkəni faciəvi vəziyyətə gətirib çıxaracaq. ABŞ-nin faciəvi vəziyyətə gəlib çıxması isə dünyadakı istər təhlükəsizlik sisteminin, isərsə də geosiyasi konstruksiyanın dağılması demək olacaq".

Günel Məlikzadə

Seçilən
22
31
news24.az

10Mənbələr