AZ

Abdukodir Xusanov “Mançester Siti”yə keçidini şərh etdi

“Mançester Siti”nin yeni transferi, özbək mərkəz müdafiəçisi Abdukodir Xusanov “şəhərlilər”in düşərgəsinə keçidindən söhbət açıb.

Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, özbək futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən, uzun müddətdir izləməkdən həzz aldığım klub olan “Mançester Siti”yə qoşulmaqdan çox məmnunam. Bu komanda dünyanın ən yaxşı oyunçuları ilə doludur, mən isə onlarla görüşüb birlikdə oynamağın intizarındayam. Əlbəttə ki, “Pep” Qvardiola bütün zamanların ən böyük məşqçilərindən biridir və mən ondan öyrəndiyim və oyunumu daha da təkmilləşdirdiyim üçün çox şadam. “Mançester Siti” kimi böyük kluba qoşulmaq mənim və ailəm üçün çox vacib məqamdır və mən bu çağırışa artıq hazıram”, deyə Xusanov vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” yanvarın 20-də Abdukodir Xusanovla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olcaq müqavilə imzaladığını rəsmən bəyan edib. “Şəhərlilər” Xuanovun tamhüquqlu keçidi müqabilində “Lans”a 40 milyon avro məbləğində ödəniş ediblər. Xusanov İngiltərə Premyer Liqası tarixində ilk özbək futbolçu ünvanına sahib olub.

Abdukodir Xusanov “Bunyodkor”un yetirməsidir. Müdafiəçi, karyerası ərzində “Energetik-BGU” (Belarus) və “Lans”da çıxış edib.
Klub səviyyəsində Xusanov ümumilikdə 69 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Abdukodir Xusanov 2023-cü ilin iyun atında debüt etdiyi Özbəkistan millisinin heyətində 18 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Abdukodir Xusanovun qənimətlər muzeyində Özbəkistanın U-20 komandası ilə Asiya Kuboku çempionluğu var.

“Transfermarkt” internet-portalı 20 yaşlı özbək mərkəz müdafiəçisinin trasnfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
12
arena.az

10Mənbələr