2025-ci ildə Ukrayna Avropa İttifaqından (Aİ) 30,6 milyard avro büdcə dəstəyi cəlb etməyi gözləyir. Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“2025-ci ildə Ai Ukraynaya 30,6 milyard avro büdcə dəstəyi ayırır: 18,1 milyard avro – Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrinin ERA təşəbbüsünün bir hissəsi olan vəsait; 12,5 milyard avro Ukrayna Mexanizmi çərçivəsində maliyyə yardımıdır”, - deyə açıqlamada bildirilib.
Yığılan vəsait 2025 və 2026-cı illərdə dövlət büdcəsinin tələbatının ödənilməsinə yönəldiləcək.
Qeyd edilib ki, 2022-ci ilin fevralından Ukraynanın dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi üçün Aİ-dən 45 milyard avro cəlb olunub.
Zərintac MayisqızıMissiya.Az