Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp, Oval kabinetdə jurnalistin Co Baydenin ona məktub qoyub-getməməsi ilə bağlı sualını cavablandırıb.
TurkicWorld xəbər verir ki, Tramp, siyirmələri vərəqləyərək üzərində karandaşla 47 rəqəmi yazılmış zərfi tapıb, onu kameralara qaldırıb və zarafatla "Bəlkə hamımız birlikdə oxuyaq" - deyib. Lakin fikrini dəyişərək, məktubu tək oxuyacağını bildirib.
Əvvəlki Amerika prezidentləri, 36 illik ənənə olaraq, Ağ Evi tərk etməzdən əvvəl öz xələflərinə mesajlar qoyublar.
Qeyd edək ki, ilk dəfə 1989-cu ilin yanvarında Ağ Evi tərk etməzdən əvvəl keçmiş prezident Ronald Reyqan, öz varisi Corc H.W. Buşa xüsusi məktub yazaraq, prezidentlərin öz xələfləri üçün əlyazma məktubları buraxması ənənəsinə başlamışdı.