Bu gün Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rəşad Mahmudov Kuba Respublikasınin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon ilə Milli Məclisdə görüş keçirmişdir.
XALQ.AZ məlumat verir ki, görüşdə Gənclər Siyasəti və İdman Komitəsinin sədri Şahin İsmayılov da iştirak etmişdir.
Müzakirələr zamanı ölkələr arasında olan münasibətlər və gələcək perspektivlərdən söhbət açılmışdır. Millət vəkili Rəşad Mahmudov xüsusən pandemiya dönəmində Kuba hökümətinin tibb mütəxəssislərini geniş tərkibdə və uzun müddətli ölkəmizə göndərmələrinə görə xüsusi təşəkkürünü bildirmiş, bu addımın Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirdiyini cənab Səfirin diqqətinə çatdırmışdır.
Səfir də çıxışında son illərdə hər iki ölkə arasında olan iqtisadi və mədəni münasibətlərdən, ölkələrin Səhiyyə Nazirlərinin qarşılıqlı səfərlərindən, ilbəil artan ticarət dövriyyəsi ilə yanaşı hakim siyasi partiyalar arasında münasibətlərdən söz açmışdır.