AZ

Dünyanın ən hündür körpüsü inşa edilir - FOTO

Çində dünyanın ən hündür körpüsü inşa edilir.
Avtosfer.az xəbər verir ki, Quycou əyalətində tikilən körpü, Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirəcək. 
Beypan çayının üzərində salınan körpü 625 metr yüksəklikdə yerləşir. Ümumi uzunluğu 2890 metr, asma hissəsinin uzunluğu isə 1420 metrdir. 
Körpü dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Onun inşasına 2022-ci ildə başlanılıb və gələn il istifadəyə verilməsi planlaşdırılıb.

 

Namiq Musayev

Seçilən
20
31
avtosfer.az

10Mənbələr