Yevlax- Gürcüstan sərhədi yolunun Şəkidən Zaqatalaya qədər olan hissəsi bərbad vəziyyətdədir. Bu səbəbdən də tranzit yük maşınları alternativ yollardan istifadə edir.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildirirlər ki, yararsız yolda ağırtonnajlı avtomobillərlə hərəkət çətin olur. Sürət xeyli aşağı düşür və vaxt itkisi yaranır.
Nəticədə də sürücülər yolu dəyişməli olurlar. Yüklə dolu maşınlar da Şəki şəhərinin mərkəzi ilə hərəkət edirlər.
Yük maşınlarının getdiyi yol bazarın qarşısıdır. Həmin ərazidə bazara görə avtomobil sıxlığı da nəzərə alınsa, yük maşınlarının hərəkəti vəziyyəti daha da çətinləşdirir.
İritonnajlı maşınların hərəkəti səbəbindən bir neçə il əvvəl təmir olunmuş Şəki-Zaqatala yolunun bəzi hissələrində də asfalt qatı dağılıb.
Aidiyyəti qurumdan bildirilib ki, maliyyə vəsaiti ayrılan kimi həmin hissə əsaslı şəkildə təmir olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.