AZ

“Bavariya” onu pulsuz transfer etdi

“Bavariya” “Hoffenheim”ın yarımmüdafiəçisi Tom Bişoffu transfer edib.

Publika.az xəbər verir ki, Bişof 2025-ci ilin yayında klubu ilə müqaviləsi başa çatdıqdan dərhal sonra Münhen klubuna azad agent kimi keçəcək. 19 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər olacaq.

“Transfermarkt” onun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Tom “Hoffenhaym”ın heyətində 24 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
17
34
publika.az

10Mənbələr