AZ

ABŞ-da güclü qar fırtınası nəticəsində 10 nəfər öldü - VİDEO

ABŞ-ın cənub ştatlarında güclü qar fırtınası nəticəsində azı 10 nəfər ölüb.   Manset.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Rekord qar yağışı Alabama, Florida və Luiziana ştatlarında qeydə alınıb. ABŞ-da qar fırtınasından hökumət idarələri və magistral yollar bağlanıb və hava limanlarında minlərlə uçuş ləğv edilib. "Arktik hava kütlələri gecə ərzində Körfəz sahillərində və cənub-şərqdə temperaturun geniş şəkildə soyumasına səbəb olacaq." - məlumatda deyilir.

Qeyd olunur ki, tufan təkcə qar deyil, həm də buzlu yağış gətirib. Bu arada 48 ştatda təxminən 300 milyon insan soyuq hava xəbərdarlığı alıb.

Seçilən
33
8
manset.az

8Mənbələr