Bakı. Trend:
Ötən il Azərbaycan 8 430 ədəd yalnız elektrik mühərrikləhərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda sözügedənavtomobillərin dəyəri təqribən 114 milyon ABŞ dolları təşkiledib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bunlar miqdar baxımından 5328 ədəd (2,7 dəfə çox), dəyər baxımından isə 25,7 milyon ABŞdolları (22,2%) çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycana ümumilikdə 1,8 milyardABŞ dolları dəyərində 91 838 ədəd avtomobil idxal olunub.
Dövr ərzində ölkəyə 68 milyon ABŞ dolları dəyərində 405 ədədsürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,5 milyard ABŞdolları dəyərində 82 434 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.