AZ

Ermənistanın siyasəti Cənubi Qafqazda təhlükəsizliyi pozur

Image

Ermənistan terrorçu, faşizm dövlətidir və onun belə bir siyasəti Cənubi Qafqazda yerləşməyə cəhd edən dövlətlər üçün uyğundur. Məqsədi təcavüzkar siyasətini davam etdirmək olan Ermənistan II Qarabağ müharibəsində məğlubiyyətinin səbəbini Rusiyanın onu müdafiə etməməsində görür. Vətən müharibəsindən sonra Qərb yönümlü siyasətini gücləndirib. MDB-nin toplantılarında iştirak etmir. Avropa İttifaqına, NATO-ya qoşulacağı vədləri ilə anti-Rusiya siyasəti yürüdür. Fransa ilə hərbi sahədə əlaqələr saxlayır. Ermənistan Qərbin növbəti qurbanlarındandır. ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş bağlaması,  Avropa İttifaqına daxil olmaq haqqında danışıqlar, Fransanın Ermənistanı silahlandırması – bütün bunlar Rusiyanın hiddətinə səbəb olur. Ermənistanın belə siyasəti onu Avrasiya İqtisadi Təşkilatından, MDB-dən kənarlaşdıracaq. Ermənistanla ABŞ arasında bağlanan strateji tərəfdaşlıq sazişi Bayden dövründə olsa da, Tramp hakimiyyəti dövründə tanınıb-tanınmaması da sual altındadır. Ermənistan ABŞ-ni ərazisində yerləşdirdikdən sonra İranın təklif etdiyi hərbi tərəfdaşlıq təklifini qəbul etmədi. Və ABŞ-la qarşıdurma yaşayan Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında saziş bağlandı. ABŞ Çinlə tez bir zamanda tərəfdaş olmağa can atır. Çünki bilir ki, İranla  saziş bağlayan Rusiya Çinlə də saziş bağlaya bilər.

Bir ölkədə neçə dövlətin hərbi hissələri yerləşdirilə bilər və bu nə dərəcədə təhlükəsizliyə təminat verir? Ermənistanda həm ABŞ, Fransa, Hindistan, həm də Rusiya vaxtaşırı olaraq hərbi təlimlər keçirlər. Ermənistanda olan dövlətlərdən ABŞ, Aİ, Fransa və Rusiya arasında qarşıdurma mövcuddur. Belə olan halda bu dövlətlərin bir ölkədə yerləşməsi hansı təhlükəsizlikdən xəbər verir? Ermənistanın bu ağılsız siyasəti həm də Cənubi Qafqaz üçün təhdidlər yaradır. 

Ermənistan bədnam siyasətinin nəticəsində çıxılmaz vəziyyətə düşüb. Paşinyan çıxış yolunu hökumətin buraxılmasında, seçkilərin keçirilməsində görür. Rusiyanın Ermənistan siyasəti tək Paşinyan siyasətinə bağlı deyil. Ermənistanda rusiyayönümlü qüvvələrin olması hakimiyyət dəyişikliyi edə bilər və Rusiya da yenə öz siyasətini davam etdirə bilər. Çünki Cənubi Qafqazda Azərbaycan müstəqil siyasət yürüdür. Gürcüstanın Rusiya ilə problemləri var. Regionda möhkəmlənmək üçün Ermənistan Rusiya üçün yeganə əlverişli mövqedir. ABŞ-Rusiya görüşündə olan danışıqlardan da asılı olaraq dəyişikliklər olacaqdır. ABŞ-Rusiya danışıqları nəticəsində Rusiya-Ukrayna müharibəsi dayandırılarsa, Qərb-Rusiya qarşıdurması zəifləyər və bu Rusiyanın adi qaydada öz siyasətini davam etdirməsinə şərait yaradar. Belə halda Ermənistanda olan seçkilərdə rusiyayönümlü liderin hakimiyyətə gəlməsi gözləniləndir. Yəni Ermənistanın sonrakı siyasəti Tramp-Putin danışıqlarının nəticələrindən asılıdır.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent

AMEA Qafqazşünaslıq İnstitutunun direktor v.i.e.






Seçilən
35
21
baki-xeber.com

10Mənbələr