AZ

Bloomberg: Rusiyaya qarşı sanksiyaların uzadılması sual altındadır

Bloomberg: Rusiyaya qarşı sanksiyaların uzadılması sual altındadır

Avropa İttifaqı tərəfindən anti-Rusiya sanksiyalarının uzadılması Macarıstanın mövqeyinə görə sual altındadır. AFN.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.Agentlik xatırladır ki, Macarıstanın baş naziri Viktor Orban hələ dekabr ayında Aİ-dəki həmkarlarına Donald Trampın andiçmə mərasimindən sonra yanvarın 31-də başa çatacaq sanksiyaların uzadılmasına qərar verəcəyini bildirib. Eyni zamanda, son günlər o, sanksiyalar siyasətini tənqid etməkdə davam edir. Bu gün, Trampın Ağ Evə qayıtmasından iki gün sonra o, yenidən də bildirib ki, Avropa İttifaqı məqsədlərinə çatmadığı üçün Rusiyaya qarşı sanksiyalar siyasətindən əl çəkməyin vaxtı çatıb.Aİ ölkələrinin nümayəndələri yaxın günlərdə bu mövzuda bir sıra danışıqlar aparacaqlar. "Bloomberg" qeyd edir ki, bu cür danışıqlar əvvəllər rutin xarakteri daşıyırdı. İndi Budapeştin skeptisizmi fonunda Aİ nümayəndələri Macarıstandan veto qoyacağı təqdirdə onların “B planı” olmadığını deyirlər. Aİ-nin daimi nümayəndələri razılığa gələ bilməsələr, qarşıda duran məsələlər xarici işlər nazirləri tərəfindən yanvarın 27-də Brüsseldə keçiriləcək görüşdə həll olunacaq.Agentlik yazır ki, sanksiyaların uzadılması məsələsində yaranan çətinliklərə baxmayaraq, Aİ yeni, 16-cı sanksiyalar paketinin hazırlanmasını müzakirə etməkdə davam edir. Materialda həmçinin Orbanın öz qərarını vermək üçün inauqurasiyasını gözlədiyi Trampın hələlik Amerikanın Rusiyaya qarşı sanksiyalarını yumşaltmaq niyyəti ilə bağlı heç bir siqnal vermədiyi, əksinə, yeni sanksiyaların tətbiqinə imkan verdiyinə diqqət çəkilib.

Seçilən
21
21
afn.az

10Mənbələr