AZ

Naxçıvanda su kanalının yenidən qurulmasına 12,4 milyon manat - SƏRF EDİLƏCƏK

Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” tenderinin nəticələrini elan edib.

Ağdamda yaşayış binalarının tikintisinə 100 milyondan çox - PUL XƏRCLƏNƏCƏK

FED.az xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC (VÖEN: 1501843641) olub.

Qalib şirkətlə 12 430 028 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Hovers Group” MMC-nin nizamnamə kapitalı 345 720 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur

Seçilən
6
18
fed.az

10Mənbələr