AZ

Trampdan Süni İntellekt həmləsi

Donald Tramp ABŞ-da 500 milyard dollarlıq “Stargate Aİ” infrastruktur layihəsini elan etdi.

500 milyard dollar həcmində investisiya çox böyük məbləğdir və ABŞ Ümumi Daxili Məhsulunun 1.7 faizini təşkil edir ki, bu da keçən əsrdə ABŞ-ın Ay proqramına xərclədiyi məbləğlə qarşılaşdırıla bilər. Bir başqa müqayisə üçün qeyd edim ki, bu, ABŞ-ın bütün VC (vençur kapitalı) sənayesindən 3 dəfə böyükdür. Bu məsələdə əsas nöqtələr bunlardır:

– “SoftBank”, “OpenAİ”, “Oracle” və MGX şirkətlərinin birgə layihəsi

– İlkin mərhələdə 100 milyard dollar investisiya qoyulacaq

– Texasda 20 data mərkəzindən ibarət nəhəng infrastruktur yaradılır

– 100,000-dən çox yeni iş yeri açılacaq

Niyə indi?

Çünki Çinlilər ciddi təzyiq göstərməyə başlayıblar və müqayisə olunanda daha az resurslarla, sanksiyalar altında olsa belə “OpenAİ” ilə keyfiyyətcə eyni səviyyədə olan, daha ucuz və sürətli modellər çıxarırlar. ABŞ bunu birbaşa təhlükə kimi görür və süni intellekt yarışında lider qalmaq istəyir. Həmçinin dövlət səviyyəsində hamı Süni İintellekt (Sİ) transformasiyasının iqtisadiyyat və hərbi sənaye də daxil olmaqla həyatın bir çox sahələrində potensialını dərk edib. ABŞ tarixən bu sahələrə böyük məbləğdə vəsait yatırır.

Bu bizim üçün nə deməkdir? Bu o deməkdir ki, sahə daha da genişlənəcək, Sİ mühəndisləri və alimlərinin maaşları artacaq, Sİ-yə investisiyaların həcmi artacaq. İnfrastruktur və modellərin tətbiqi xeyli ucuzlaşacaq. Sİ startaplar üçün qızıl dövrün başlanğıcı sayıla bilər.

Bu, növbəti 5 il ərzində geniş mənada AGI-yə (süni ümumi intellekt) gətirib çıxaracaqmı? Buna konkret cavab vermək çətin olsa da modellər mütləq daha güclü və ağıllı olacaq.

Seçilən
29
50
vaxt.az

10Mənbələr