AZ

“Borussiya” Nuri Şahini istefaya GÖNDƏRDİ

Almaniyanın "Borussiya" klubu baş məşqçi Nuri Şahinlə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Bundesliqa təmsilçisi türk mütəxəssislə yollarını ayırıb.

Nuri Şahin Çempionlar Liqası Liqa fazasının 7-ci turunun "Bolonya" ilə matçından (1:2) sonra istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

36 yaşlı məşqçi mövsümün əvvəlində "Borussiya"nı çalışdırırdı. Komanda Bundesliqada 18 turdan sonra 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Dortmund təmsilçisi Çempionlar Liqasında isə 7 turda 12 xal toplayıb və 13-cü yerdədir.

Bizim.Media

Seçilən
11
17
bizim.media

10Mənbələr