Ursula fon der Leyen başda olmaqla Avropa Komissiyası Çinə qarşı aqressiv siyasəti ilə Aİ-ni tələyə salır, çünki qitə Pekinlə qarşıdurmada tək qala bilər...
Poliqon xəbər verir ki, bu barədə Asia Times nəşri yazır.
Məqalədə qeyd olunur ki, Donald Trampın Ağ Evə qayıdışı Avropanın “strateji iflicini” göstərdi, və “təriflənmiş uzaqgörənliyinə” baxmayaraq, Avropa Trampa hazırlıqsız və uyğunsuz şəkildə yaxalandığını sübut etdi.
“Asia Times” yazır ki, Aİ mənalı addımlar atmaq əvəzinə transatlantik birlik haqqında təkrar-təkrar boş sözlərə əl atıb.
Nəşr hesab edir ki, Avropa Çinin iqtisadi maraqları və ABŞ ilə təhlükəsizlik əlaqələri arasında incə balans saxlamalıdır.
“Brüssel özünü geosiyasi çıxılmaz vəziyyətə salaraq, Vaşinqton və Pekinin timsalında “iki toqquşan nəhəng” arasında qalıb və öz maraqlarını qorumaq üçün alətlərə malik deyil.
Qəzet qeyd edir ki, fon der Leyenin rəhbərlik etdiyi AK, Çinə qarşı iqtisadi və təhlükəsizlik sahələrində məhdudlaşdırıcı tədbirlər tətbiq edərək yanlış yola getməyə davam edir.
“Bu ssenaridə Ursula von der Leyenin Avropa Komissiyası artan nəticələrin fərqinə varmadan Çinə qarşı sərt mövqeyinə inadla sadiq qalır. Tramp, həmişə olduğu kimi, Si Tsinpinlə erkən razılaşma əldə edə bilər və Avropanı nə Amerikanın, nə də Çinin istəmədiyi bir qarşıdurmada bitərəf vəziyyətinə sala bilər”, deyə Asia Times qeyd edir.
Poliqon.info