ABŞ-də bir neçə həftə əvvəl başlayan və 28 nəfərin ölümünə səbəb olan Los-Anceles yanğını yenidən başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, alovlar qısa müddətdə 3 min hektar sahəyə yayılarkən, 30 mindən çox insanın təxliyə ediləcəyi öyrənilib.
Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində başlayan və 5 rayonu külə çevirən dəhşətli yanğında ən azı 28 nəfər həyatını itirib, maddi zərər 250 milyard dolları ötüb.
Kastaik gölünün ətrafında bir neçə saat əvvəl başlayan yeni yanğın qısa zamanda 3000 hektardan çox əraziyə yayılıb.
Bölgədə 30 000-dən çox insan üçün təxliyə əmri verilib, 20 000-dən çox insan üçün təxliyə ilə bağlı xəbərdarlıq edilib.
Xəbərdarlıqlarda yanğının həyati təhlükəsi olduğu və bəzi ərazilərin ictimai giriş üçün bağlandığı bildirilib.
Los-Ancelesdə iki həftədən çox əvvəl altı ayrı bölgədə başlayan yanğınların Palisades bölgəsi bu günə kimi 70 faiz, İton bölgəsi isə 95 faiz nəzarət altındadır.
Yanğınla bağlı açıqlama verən yanğınsöndürmə səlahiyyətlisi Anthony Marrone, küləyin yanğının ilk başladığı zamanki qədər güclü olmadığını vurğulayaraq, "İndiki vəziyyətimiz çox fərqlidir" deyib.