Avropa Liqasının “Qarabağ” – FCSB oyununun nəticəsi ilə bağlı sorğu keçirilir.
İdman.biz xəbər verir ki, Liqa mərhələsinin VII turunun Bakıdakı matçının favoriti ilə bağlı səsvermə UEFA-nın rəsmi saytına yerləşdirilib.
Azarkeşlərin qatıldığı sorğuda “Qarabağ” bu matçın favoriti hesab olunur. Onların 59 faizi Azərbaycan çempionunun qələbəsinə inanır.
Rumıniya klubunun qalib gələcəyinə səs verənlər isə 37 faiz təşkil edir. Heç-heçə variantına isə cəmi 4 faiz üstünlük verib.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – FCSB matçı saat 21:45-də başlayacaq.
İdman.biz