AZ

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin dekabrayında orta hesabla 127.0-a bərabər olub.

Bununla da ərzaq qiymətləri indeksi noyabr ayı ilə müqayisədə0.5% azalıb və ötən ilin müvafiq dövrü iləmüqayisədə isə 6.7% artıb.

Trend-inrəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində taxıl, südvə şəkər məhsulları, eləcə də bitki yağları üzrə qiymət indeksiazalıb, ət məhsulları üzrə isə artıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla111.3 bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 0.1 bənd (0.1%)azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.5 bənd (9.3%)azalıb.

Taxıl məhsullarının qiymət indeksininazalmasının əsas səbəbləri:

  • Beynəlxalq tələbatın aşağı düşməsi və Argentina və Avstraliyadayüksək məhsuldarlıq fonunda buğda qiymətinin azalması;
  • Sorqonun qiymətinin azalması;
  • Düyü qiymətinin azalması

BİTKİ YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi dekabr ayında orta hesabla163.3 bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 0.9 bənd (0.5 %)azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.0 bənd(33.5%) artıb.

Bitki yağları qiymət indeksinin azalmasınınəsas səbəbləri:

  • Günəbaxan yağına olan tələbin azalması fonunda qiymətininazalması;
  • Kolza yağı qiymətinin azalması;
  • Soya yağı qiymətinin azalması

SÜD MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi dekabr ayında orta hesabla138.9 bənd təşkil edib:

  • Noyabr ayı ilə müqayisədə 1.0 bənd (0.7%)azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.2 bənd(17.0%) artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasınınəsas səbəbləri:

  • Qlobal tələbatın azalması fonunda kərə yağı qiymətininazalması;
  • Tələbatın azalması fonunda pendir və yağsız süd tozu qiymətininazalması

ƏT MƏHSULLARI

Ət Qiyməti İndeksi dekabr ayında orta hesabla 119.0bənd təşkil edib:

  • Noyabr ayına müqayisədə 0.5 bənd (0.4%)artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (7.1%)artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsassəbəbləri:

  • Qlobal tələbat və istehsal məhdudiyyətləri fonunda mal ətiqiymətinin artması;
  • Qoyun əti qiymətinin artması

ŞƏKƏR

Şəkər Qiymət İndeksi dekabr ayında orta hesabla 120.0bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 6.4 bənd (5.1 faiz)azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.2 bənd(10.6%) azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksininazalmasının əsas səbəbləri:

  • Braziliyadakı bitkiçilik perspektivlərinin yaxşılaşması fonundaşəkər qiymətinin azalması;
  • Braziliya realının ABŞ dolları qarşısında zəifləməsi fonundaşəkər qiymətinin azalması;
  • Hindistan və Taylandda davam edən əzmə mövsümü fonunda şəkərindünya qiymətlərinin azalması

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötənilin dekabr ayında ölkədə illik inflyasiya hədəf diapazonu (4±2%)daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıqinflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%,qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib.İllik baza inflyasiya 4.4% olub.

Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatınaəsasən, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıqqeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyriərzaqmalları üzrə 6,3 faiz artıb.

Seçilən
34
10
az.trend.az

10Mənbələr