AZ

9-cu mikrorayonda işıqforun işləməmə səbəbi nədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, 9-cu mikrorayonda, Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun işləməməsi vətəndaşların şikayətinə səbəb olub.
Onlar bildiriblər ki, işıqforun işləməməsinə görə bir neçə dəfə qəza vəziyyəti yaranıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Oxu.Az-a açıqlamasında bildirib ki, işıqforun işləməməsinə səbəb onun elektrik enerjisindən qısamüddətli ayrılması olub:
"Ötən gün səhər saatlarında Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun iş rejiminə dəyişiklik edilməsi ilə bağlı texniki işlər görülüb. Bu səbəbdən işıqfor elektrik enerjisindən qısa müddətə ayrılıb. Elə həmin gün işlər başa çatdırıldıqdan sonra qurğuların fəaliyyəti bərpa olunub və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib".
Aygün Mirakif
Seçilən
13
50
oxu.az

10Mənbələr