AZ

ABŞ Meksika sərhədinə əlavə 1500 əsgər göndərir

Bakı, TurkicWorld

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), cənub sərhədinin təhlükəsizliyini gücləndirmək üçün 1500 əsgərin yerləşdirilməsi prosesinə başladığını elan edib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın 47-ci Prezidenti Donald Tramp, yenidən Oval Ofisə qayıtdıqdan dərhal sonra sərhəd təhlükəsizliyini prioritet mövzu kimi müəyyən edib.

Müdafiə naziri vəzifəsini icra edən Robert Salesses, sərhədə yerləşdirilən qoşunların Sərhəd Patrul agentlərinə dəstək verəcəyini, həmçinin maneələrin qurulması və nəqliyyat dəstəyi təmin edəcəyini bildirib. Hərbi vertolyotların və təyyarələrin, xüsusilə deportasiya uçuşlarında istifadə olunacağı vurğulanıb.

Müdafiə rəsmiləri, ehtiyac yaranarsa, daha 2000 dəniz piyadasının sərhədə göndərilməyə hazır olduğunu bəyan ediblər.

Hal-hazırda əsgərlərin hüquq-mühafizə funksiyası yerinə yetirməsi nəzərdə tutulmasa da, vəziyyət dəyişə bilər. Bunun üçün 1807-ci il Üsyan Aktının tətbiqi zəruri ola bilər. Belə ki, bu qanun, əvvəllər 1992-ci ildə Los-Ancelesdə iğtişaşların yatırılması zamanı istifadə olunmuşdu.

Sərhəddə hazırda 20.000 aktiv Sərhəd Patrul agenti xidmət edir, onların əksəriyyəti ABŞ-ın cənub sərhədindədir.

Əlavə olaraq, sərhəddə 2500 ABŞ Milli Qvardiya və Ehtiyat qüvvələri yerləşdirilib. Yeni qoşunlar isə, mövcud qüvvələrə dəstək olacaq.

Seçilən
17
21
turkic.world

10Mənbələr