AZ

Mingəçevirdə məktəblini maşın vurdu


Mingəçevirdə yeniyetməni avtomobil vurub.

Bakupost.az xəbər verir ki, hadisə bu gün səhər saat 11 radələrində şəhər ərazisində baş verib.

Çingiz Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 15 yaşlı məktəbli Amin Rzayevi vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nətucələnən yol-nəqliyyat hadisəsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Seçilən
13
50
bakupost.az

10Mənbələr