Bir sıra sağlamlıq problemləri üçün banan yeməyi məhdudlaşdırmaq lazımdır.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qastroenteroloq Svetlana İlyaşenko, RİA Novosti ilə söhbətində bəzi insanlara bu məhsulun faydasının olmaması ilə bağlı xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, bananın tərkibində faydalı maddələr, o cümlədən B qrupunun vitaminləri, C vitamini, dəmir, kalsium, kalium, flüor və fosfor var.
Bundan əlavə, qastroenteroloqun fikrincə, bananı bağırsaq xəstəlikləri olan insanlar, xüsusən də qıcıqlanmış bağırsaq sindromu olanlar qəbul etməməlidir. İlyaşenko izah etdi ki, meyvə tərkibindəki çoxlu miqdarda lif və şəkər səbəbindən hətta şişkinliyə səbəb ola bilər.
Tərcümə: Könül Oruc