İngiltərədə xalq arasında "qış ishali" olaraq da bilinən norovirus yoluxmasının keçən ilə nisbətən 80 faiz artdığı və bunun xəstəxanalara təzyiqi artırdığı bildirilib.İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) verdiyi açıqlamaya görə, yanvarın 19-da bitən həftə ərzində hər gün orta hesabla 784 nəfər norovirus səbəbiylə xəstəxanaya yerləşdirilib. Xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə artıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə demək olar ki, iki dəfə artıb. NHS məlumatları 2020-ci ildən bəri hər hansı yanvar ayında qeydə alınan ən yüksək səviyyəni qeyd edib.Qeyd olunub ki, norovirusa yoluxma halları ötən illə müqayisədə 80 faiz artıb və bu, xəstəxanalara təzyiqi artırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta