1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
2. "20 Yanvar" dairəsində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
6. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.





