ABŞ Senatı Con Retkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin ediilməsini təsdiq edib...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Retkliffin namizədliyinin lehinə 74 senator, 25 senator isə əleyhinə səs verib.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Retkliffə and içdirib. Retkliff ABŞ-nin yeni administrasiyasının dövlət katibi Marko Rubiodan sonra Senat tərəfindən təsdiq edilən ikinci üzvü olub.
59 yaşlı Con Retkliff 2020-21-ci illərdə Donald Trampın ilk prezidentlik dövründə ABŞ Milli Kəşfiyyat Agentliyinə rəhbərlik edib. Bundan əvvəl o, beş ilə yaxın ABŞ Nümayəndələr Palatasının üzvü olub.
Poliqon.info