AZ

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun Münhenə səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarəHeyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətiMünhendə Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edib,habelə bir sıra yüksək səviyyəli görüşlər keçirib.

İlk öncə, nümayəndə heyəti Bavariya İqtisadiyyat Nazirliyininyüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Görüş zamanı cənabValeh Ələsgərov Bavariya İqtisadiyyat, Regional İnkişaf və EnerjiNazirliyinin Avropa və Ticarət Sərgiləri Departamentinin rəhbəricənab Martin Qrossmana AFEZ-də investorlar üçün yaradılan əlverişlişərait haqqında məlumat verib.

Cənab Qrossman AFEZ-də investorlara təqdim edilən əlverişlibiznes mühitini xüsusilə vurğulayaraq, bu imkanların investorlarüçün böyük maraq kəsb edəcəyini bildirib və Nazirliyin Bavariyaşirkətlərini AFEZ-də mövcud olan şərait barədə aktiv şəkildəməlumatlandıracağını qeyd edib.

Daha sonra, nümayəndə heyəti Bavariya Sənaye Assosiasiyası vəAlmaniyanın Şərqi Avropa üzrə İqtisadi Əlaqələr Komitəsi tərəfindəntəşkil olunmuş Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edib.Tədbir Bavariya Sənaye Assosiasiyasının icraçı direktoru cənabBertram Brossardtın açılış nitqi ilə başlayıb. O, qonaqlarısalamlayaraq, Azərbaycan bazarında fəaliyyət göstərən Almaniya,xüsusilə də Bavariya müəssisələri haqqında danışıb. HəmçininAlmaniya-Azərbaycan ticarət və iqtisadi əlaqələrinin inkişafpotensialını vurğulayıb.

Daha sonra Bavariya Federal Torpağının Avropa və BeynəlxalqƏlaqələr üzrə dövlət naziri cənab Erik Beysvenqer Almaniyaiqtisadiyyatının inkişafında Bavariya iqtisadiyyatının mühüm rolunuqeyd edib. O, bu forumun uğurunu yüksək qiymətləndirərək, belətəşəbbüslərin Azərbaycan-Almaniya iqtisadi və ticarətəməkdaşlığının inkişafında mühüm olduğunu bildirib. CənabBeysvenqer, həmçinin, Alman şirkətlərinin Azərbaycana artanmarağını iştirakçıların diqqətinə çatdırıb.

Ardınca, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətlisəfiri cənab Nəsimi Ağayev Almaniya və Azərbaycan arasındagenişlənən iqtisadi və ticarət əlaqələrindən bəhs edib. O,həmçinin, Azərbaycandakı əlverişli biznes mühiti və AFEZ-də Almanşirkətləri üçün mövcud olan geniş imkanlar haqqında danışıb.

Sonda əsas məruzəçi qismində cənab Valeh Ələsgərov AFEZ-intəqdim etdiyi investisiya imkanları barədə ətraflı təqdimatla çıxışedib. O, AFEZ-in əsas üstünlükləri, o cümlədən unikalqanunvericilik bazası, strateji coğrafi mövqeyi, maliyyə vəqeyri-maliyyə güzəştləri və istifadəyə hazır sənaye torpaqsahələrinə dair iştirakçıları məlumatlandırıb. Həmçinin, səmərəlibiznes mühitini daha da əlverişli etmək üçün AFEZ-də yaradılanmüasir logistika və nəqliyyat infrastrukturu haqqında məlumatverib.

Təqdimatda investor marağının artması səbəbindən AFEZ-də tikintiişlərinin sürətləndirildiyi xüsusilə vurğulanıb. Cənab Ələsgərovyüngül sənaye üçün nəzərdə tutulmuş FEZ 1 ərazisinin 138 hektarlıqsahəsində tikinti işlərinin planlaşdırılandan 18 ay əvvəl, ağırsənaye üçün ayrılmış FEZ 3 ərazisinin 365 hektarlıq sahəsində isəişlərin 24 ay tez başladığını qeyd edib. Ümumilikdə, AFEZ-ininkişafı üçün dövlət tərəfindən 7500 hektardan çox ərazi rezervedilib ki, bunun 6500 hektarı artıq ayrılıb. Sonda, V. Ələsgərovyüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalla məşğul olanAlman şirkətlərini AFEZ-də mövcud olan investisiya imkanlarındanyararlanmağa dəvət edib.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Onlarartan tələbatı qarşılamaq üçün Səlahiyyətli Qurumun gördüyüqabaqcıl tədbirləri yüksək qiymətləndiriblər. Bir çox iştirakçıAFEZ-də yaradılmış şəraitə böyük maraq göstərərək, potensialinvestisiya imkanları haqqında müzakirələr aparıb ki, bu da gələcəkəməkdaşlıq perspektivlərini əks etdirir.

Ələt
Ələt
Ələt
Ələt
Ələt
Ələt
Seçilən
8
11
az.trend.az

10Mənbələr