AZ

PSJ "Liverpul"un futbolçusu ilə maraqlanır

Liqa 1 təmsilçilərindən PSJ "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konate ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Fransa klubu Konateni heyətinə cəlb etməyə hazırlaşır.

Parislilər transferi yayda həyata keçirməyə çalışacaqlar.

25 yaşlı futbolçunun ötən mövsüm PSJ-yə keçidi gözlənilirdi. 

Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq. Tərəflər artıq yeni sazişlə bağlı danışıqlar aparırlar.

"Transfermarkt" portalının məlumatına görə, fransız mərkəz müdafiəçisinin qiyməti 50 milyon avrodur.

Cari mövsümdə futbolçu Arne Slotun komandasında 22 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Ayntraxt” Marmuşun əvəzləyicisini tapdı

Arauxo daha 7 il “Barsa”da

“Roma” yeni transferini açıqlayıb

“Əl-Əhli”dən Vinisius üçün rekord məbləğ

Fransa millisinin üzvü “Yuventus”da - rəsmi

Seçilən
11
50
apasport.az

10Mənbələr