''Football-plus.az'' xəbər verir ki, ''Lion'' gürcüstanlı furvarda görə İstanbul nəhənginin 20 milyon avroluq təklifini qəbul etmədi. Artıq fransızların baş məşqçisi Pyer Saj da Mikautadzenin ən azı mövsümün sonuna qədər komandada qalacağını açıqlayıb.
Bu arada həm ''Qalatasaray'', həm də ''Lion''un tarixində iz buraxmış Bafetimbi Qomislə bağlı maraqlı iddialar ortaya atılıb. Həmin iddialara əsasən karyerasını ötən il başa vuran Qomis ''Lion''un adından Mikautadzenin transferi ilə bağlı danışıqlarda iştirak edib və guya ''Cim-Bom''dan 50 milyon avroya yaxın məbləğ tələb edib.
Qeyd olunmuşdu ki, Qomis böyrəyindən əməliyyat olunan başqan Dursun Özbəki ziyarət edərkən onunla transfer danışıqları aparıb. 39 yaşlı Qomis ''Lion''da 2009-14-cü illərdə, ''Qalatasaray''da isə 2017-18 və 2022-23-cü illərdə çıxış edib. Amma yaxın keçmişin tanınmış futbolçusu bu şayiələri təkzib edib. O, ''iks'' (tvitter) səhifəsində türk dilində paylaşım edərək bunları yazıb:
''Hər kəsə salam. Son günlərdə haqqımda yayılan bir mövzu barədə ictimaiyyəti məlumatlandırmaq istəyirəm. Əvvəla qeyd edim ki, məni ''Qalatasaray''a gətirən bir şəxs kimi Dursun Özbəkə sevgim və hörmətim böyükdü. Onu təbii ki, ziyarət etmək istərdim. Amma sağlamlığı buna imkan vermədiyi üçün ziyarət baş tutmadı. Ona bir daha keçmiş olsun demək istəyirəm. İkincisi, mən Mikautadzenin meneceri deyiləm. Onun öz meneceri var. Həm ''Qalatasaray'', həm də ''Lion''da oynamış bir futbolçu kimi ona ''Qalatasaray'' haqda məlumat verməyim normal haldı. Necə ki, mən özüm də vaxtilə ''Qalatasaray''a gəlməmişdən öncə Didye Droqba ilə söhbət etmişdim. Belə söhbətlər futbolda təbii haldı. Bir daha deyirəm ki, məni Mikautadzenin təmsilçisi kimi qələmə verib bu mövzunun içinə qatmaq düzgün deyil. Bu yalanı ortaya atan insanların məqsədini anlamıram''.
ƏLİ