AZ

Dünyanın ən hündür körpüsü bu il açılacaq

Çinin Quizhou əyalətində inşa edilən 620 metr hündürlüyündəki “Huajiang Grand Canyon” körpüsünün bu il istifadəyə verilməsi gözlənilir.

News24.az xəbər verir ki, layihə regionda rekord hündürlüyü və daşınma asanlığı ilə diqqət çəkir.

Cümə günü quraşdırılmış 215 tonluq polad dayaq elementi ilə 1,4 kilometr uzunluğundakı asma körpünün tamamlanma nisbəti 80 faizə çatıb. Beipan çayı üzərində tikilən körpü Çinin ən hündür binası olan 632 metrlik Şanxay qülləsi qədər yüksəkdir.

Körpü təkcə rekordlar qırmır, həm də regionda nəqliyyatı asanlaşdıracaq. Hazırda kanyonu bir saat dolaşmağa sərf edən yerli sakinlər körpü sayəsində iki dəqiqəyə keçə biləcəklər.

Büdcəsi 227 milyon funt-sterlinq olan layihənin əsas yükdaşıyan hissəsi ümumi çəkisi Eyfel qülləsinin üç qatı olan 93 hissədən ibarətdir. Tikintinin qalan hissəsinin Çin Yeni ilindən sonra başa çatdırılması nəzərdə tutulub.

Körpü açılana qədər Quizhou əyalətində yerləşən 545 metr hündürlüyündəki Beipanjiang körpüsü ilə "dünyanın ən yüksək körpüsü" olaraq qalacaq.

Aynurə

Seçilən
26
31
news24.az

10Mənbələr