Üç qız, 9 yaşlı Alice da Silva Aguiar, 6 yaşlı Bebe King və 7 yaşlı Elsie Dot, 2024-cü ilin iyulunda İngiltərənin Southport şəhərindəki rəqs məktəbinə edilən bıçaqla hücumda öldürülüb.
News24.az xəbər verir ki, 8-i uşaq olmaqla 10 nəfərin yaralandığı hücumu təşkil edən Aksel Rudakubana şərti azad edilmədən ən azı 52 il həbs cəzası alıb.
Hakim hücumu "s*dist" adlandıraraq, hücumun "v*hşicəsinə" edildiyini və müttəhimin "ehtimal ki, heç vaxt azad edilməyəcəyini" bildirib.
Məhkəmədə o da məlum olub ki, Rudakubananın ailəsi əvvəlki illərdə dəfələrlə polisə müraciət edib, lakin heç bir müdaxilə olmayıb.
Hücumdan sonra şübhəli polis tərəfindən həbs olunarkən, o, "Uşaqların ölməsinə sevindim" dedi.
Günel Məlikzadə

