AZ

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Bakı, 24 yanvar, AZƏRTAC

İtaliyanın “Milan” komandasının zədəli futbolçusu Emerson Royalın durumuna aydınlıq gəlib.

AZƏRTAC İtaliya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Jirona” ilə keçirilmiş VII tur oyununda (1:0) sağ baldırından xəsarət alan 26 yaşlı müdafiəçi iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braziliyalı futbolçu bu mövsüm “Milan”ın heyətində 26 matçda meydanda olub.

Seçilən
25
13
azertag.az

10Mənbələr