AZ

ABŞ qalmaqallı aparıcını müdafiə naziri seçir

ABŞ Senatı televiziya aparıcısı və keçmiş hərbçi Pit Hegsetin ölkənin növbəti müdafiə naziri kimi təsdiqini böyük çətinliklə həyata keçirib. Prezident Donald Trampın Pentaqon rəhbəri vəzifəsinə irəli sürdüyü namizədin təsdiqlənməsi ciddi mübarizə fonunda baş verib.

Axar.az xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb.

Bildirilib ki, Hegsetin namizədliyi əsasən partiya xətti üzrə keçirilən səsvermə ilə təsdiqlənib: 51 nəfər lehinə, 50 nəfər isə əleyhinə səs verib.

Hegsetin namizədliyi cinsi təcavüz və maliyyə pozuntuları ilə bağlı ittihamlar səbəbindən mübahisəli olub. Bununla belə, Tramp onu dəstəkləməyə davam edib.

Senatdakı respublikaçılar bu ittihamları, o cümlədən bu həftə məlum olan keçmiş baldızının andlı ifadələrini rədd ediblər. Baldızı Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi ifadədə bildirib ki, Hegset ikinci həyat yoldaşını şəxsi təhlükəsizliyinə görə qorxu altında saxlayıb və illər boyu alkoqoldan sui-istifadə edib.

Seçilən
17
20
axar.az

10Mənbələr