Ötən il dekabrın 25-də Rusiyaya məxsus “Pansir” raketi ilə vurulduqdan sonra Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”larının materiallarının sürəti artıq həm Bakıya, həm də Moskvaya təhvil verilib. Materiallardakı məlumatların gələn həftə açıqlanacağı gözlənilir.
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev “qara qutu”ların materiallarının internetdə yayımlanan stenoqramlardan fərqləndiyini bildirib. “Caliber” də öz mənbələrinə istinadən Rusiyada aparılan araşdırma zamanı təyyarənin “Pantsir S-1” HHM sistemi vurulduğu təsdiqlənib.
Təyyarəni Rusiyanın vurması artıq sirr deyil. Azərbaycan isə sadəcə bu həqiqətin etiraf olunması və müvafiq kompensasiyanın ödənilməsini tələb edir.
İki ölkə arasında bu mövzu ilə bağlı gərginlik hara qədər davam edəcək? Kreml niyə günahını boynuna almaqdan hər vəchlə yayınmağa çalışır?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya sərnişin təyyarəsinin müdafiə qurğuları tərəfindən vurulmasını ciddi cəhdlə ört-basdır etməyə çalışsa da, buna nail ola bilmədi:
“Həm Qazaxıstan tərəfindən aparılan təhqiqat, həm də prosesdə iştirak edən digər ekspertlər birmənalı olaraq təyyarənin vurulmasını təsdiq etdilər. Artıq araşdırma aparılması üçün Braziliyaya göndərilən “qara qutu”ların məlumatları da tərəflərə təqdim olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev hadisənin təfərrüatları məlum olduqdan sonra AzTV-yə verdiyi müsahibədə Rusiyanın qarşısında bir sıra məsələlər qaldırdı:
-Rusiya qəzaya görə məsuliyyətini etiraf etməli,
-Sərnişin təyyarəsinin vurulmasında günahkar olan şəxslər məsuliyyətə cəlb olunmalı,
-Beynəlxalq hüquqda nəzərdə tutulan formada Azərbaycana və xəsarət alanlara təzminat ödənilməlidir.
Dövlət başçısı eyni zamanda Moskvanı hadisəni ört-basdır etmək cəhdi və qəza ilə bağlı ilk zamanlarda “sərsəm versiyalar” səsləndirdiyinə görə tənqid etdi.
Rusiya Prezidenti Vladimir Putin qəzaya görə Azərbaycan Prezidenti və xalqından üzr istəsə də, hələ də məsuliyyəti rəsmi olaraq boynuna almayıb. O, Ukrayna dronlarının əraziyə hücumunu AZAL-ın sərnişin təyyarəsinin vurulmasına səbəb kimi göstərir”.
Əlimusa İbrahimov
Ekspert bildirib ki, hazırda “qara qutu”dakı məlumatlar oxunduqdan sonra hadisənin dəqiq baş vermə şəraitini müəyyən etmək üçün Rusiya, Azərbaycan və Qazaxıstanın birgə səyi ilə araşdırmalar davam edir:
“Azərbaycan əvvəldən istintaqa beynəlxalq ekspertlərin cəlb olunması fikrini müdafiə etdi və buna müəyyən qədər nail oldu. İstintaq yekunlaşdıqdan sonra təzminatla bağlı müzakirələrin davam edəcəyi gözlənilsə də, Rusiya tərəfi bu məsələdə müəyyən qədər qeyri-konstruktiv mövqe tutur.
Müxtəlif arqumentlərlə məsuliyyətdən qaçmağa cəhd edən Moskvanın, artıq Bakının tələblərini yerinə yetirməkdən başqa çıxış yolu olmadığı təəssüratı yaranıb. Kremlin ciddi dəlillər qarşısında susaraq Azərbaycanın haqlı tələblərini yerinə yetirməsi fikrinə birmənalı cavab vermək çətindir. Çünki bu, Rusiya ilə bağlı yaşanan ilk belə hal deyil. Hər dəfə məsuliyyətdən qaçmağa cəhd göstərilib və istintaq prosesi qeyr-müəyyən müddətə qədər uzadılıb. Düşünürəm ki, yenə məhz Moskvaya görə AZAL-ın təyyarəsi ilə bağlı məsələyə son nöqtənin qoyulması uzun zaman ala bilər.
Rusiya ona qarşı irəli sürülən ittihamları qəbul edəcəyi təqdirdə belə, Azərbaycana və təyyarə qəzasından zərərçəkənlərə kompensasiyanın ödənilməsini ləngidəcək. Bakı isə haqlı tələblərinin yerinə yetirilməsi üçün lazım olan bütün vasitələri işə salacaq ki, qarşı tərəf bundan sonra sərnişin təyyarələri ilə münasibətdə daha ehtiyatlı davransın”.
Qeyd edək ki, bundan öncə Rusiyanın “Baza” teleqram kanalı stenoqram yayaraq guya üç hava limanının AZAL-ın pilotlarına eniş təklif etdiyini, lakin onların fərdi şəkildə qərar verərək təyyarəni Aktauya yönləndirdiyini, nəticədə qəzanın baş verdiyini yazmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta