İraqın şimalındakı Haftanin bölgəsi və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində müəyyən edilən ümumilikdə 5 terrorçu zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türrorçular hardadırsa, hədəfimiz oradır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Haftanin bölgəsində aşkar etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində isə 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorun mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik", - məlumatda bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”