AZ

HƏMAS daha 4 israilli qadını girovluqdan azad etdi

HƏMAS daha 4 israilli qadın girovu azad edib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Müdafiə qüvvələri məlumat yayıb.

 

Qeyd edilib ki, grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

 

Onlar 477 gün əsirlikdə olublar.

 

HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin paylaşdığı adlar siyahısına görə, bu gün azadlığa buraxılması planlaşdırılan 200 fələstinlidən 70-i, o cümlədən ömürlük məhbuslar deportasiya ediləcək. Deportasiya ediləcək fələstinlilərin hansı ölkəyə göndəriləcəyi dəqiqləşdirilməyib.

 

Siyahıya əsasən, azadlığa buraxılacaq fələstinlilərdən 137-si HƏMAS, 26-sı Fəth Hərəkatı, 29-u İslami Cihad Hərəkatı, 3-ü Fələstinin Azadlıq Xalq Cəbhəsi və 1-i Fələstinin Azadlıq Demokratik Cəbhəsinə məxsusdur. Onlardan 4-ü heç bir qrupa aid deyil.


Seçilən
22
50
senzor.az

10Mənbələr