Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında OmbudsmanAparatının əməkdaşları tərəfindən Azərbaycan Respublikası MüdafiəNazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbihissəsinə başçəkmə həyata keçirilib.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqətialçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın FakültativProtokolu və Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləriəsasında təşkil olunmuş başçəkmədə məqsəd bu hərbi hissədə saxlanmaşəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxiliintizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildəhüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması olub.
Başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına,anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə vəyeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkar edilib.
Başçəkmə zamanı, həmçinin cəza çəkən hərbi qulluqçularkonfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri vəOmbudsmanın səlahiyyətləri izah olunub.
Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissəninrəhbərliyinə Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumatlarıözündə əks etdirən lövhələr təqdim edilib və həmin lövhələroperativ qaydada hərbi hissənin görünüşü aydın olan yerlərinəyerləşdirilib.
Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalqqanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb,aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradanqaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin vəsənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrverilib.