AZ

İlk iştirakçılar - Şahdağda qar voleybolunu necə oynayırlar?

Bu gün Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə 1-ci ölkə çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışın ilk olduğunu nəzərə alaraq, qar voleybolunun necə bir idman növü olduğu, hansı qaydalarla oynandığı və harada yarandığı barədə danışmağın vaxtıdır.

Müasir qar voleybolu ideyası Avstriyada dağlarda xizək sürməyə alternativ olaraq yaranıb və daha sonra peşəkar idman növünə çevrilib.

Müasir qar voleybolunun yaranması 2008-ci ildə Avstriyanın Vaqrayn kurortuna təsadüf edir. Tarixdə ilk dəfə olaraq təxminən 1850 m hündürlükdə yerləşən qış kurortunda qarın içinə dirəklər qazılıb, tor asılıb və meydança işarələnib. "Flying Mozart" kanat yolunun yaxınlığında keçirilən oyun heyrət içində olan onlarla tamaşaçını cəlb edib. Yüksək səviyyəli voleybol və ekstremal hava şəraitinin vəhdəti hər kəsi valeh edib.

Vaqraynda uğurlu yarışlardan sonra qar voleybolu 2011-ci ildə Avstriya Voleybol Assosiasiyası (ÖVV) tərəfindən rəsmi idman növü kimi tanınıb. Çimərlik voleybolunun (2x2) qaydalarına uyğun yarışlar keçirilməyə başlanılıb. Artıq Avropa doqquz ölkəsində qar voleyboluna maraq yaranmağa başlayıb: Avstriya, İspaniya, Polşa, Almaniya, İtaliya, Fransa, İsveçrə, Sloveniya və Çexiyada.

16 oktyabr 2015-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyası (CEV) Konqresində yeni idman növünün təqvimə daxil edilməsi təsdiqlənib. CEV-in qar voleybolu üzrə ilk Avropa turu 2016-cı ilin mart və aprelində üç mərhələdə təşkil olunub.

Sonrakı iki il ərzində FIVB-nin himayəsi ilə qar festivalı, ikinci Avropa turu və İranda qar voleybolu üzrə ilk yarış keçirilib. 2018-ci ilin mart ayında isə Avstriyada ilk Avropa çempionatı təşkil edilib.

2019-cu ildə FIVB və CEV mərhələləri Avstriya, İtaliya və Argentinada keçirilməklə ilk dəfə qar voleybolu üzrə Dünya Turu təşkil ediblər. İlk dəfə yarışda dünyanın hər yerindən idmançılar iştirak ediblər.

Əvvəlcə qar voleybolu çimərlik voleybolunun davamı kimi yaranıb və qar voleybolunun qaydaları “çimərliy"in qaydaları ilə üst-üstə düşürdü.

В декабре 2018 года FIVB утвердила новые правила игры на снегу и новый специальный мяч. После чего этот вид спорта превратился в некий гибрид между классикой и пляжным волейболом, но всё же это уникальный вид спорта.

2018-ci ilin dekabrında FIVB qarda oynamaq üçün yeni qaydaları və yeni xüsusi topu təsdiqləyib. Nəticədə bu idman növü klassik və çimərlik voleybolu arasında bir növ hibridə çevrilsə də, yenə də unikal idman növü olaraq qalır.

Çimərlik voleybolu ilə hansı oxşarlıqları var? Meydançanın ölçüləri, “ikinci” ötürmə, düzülüşün olmaması, taym-autların sayı, oyunun qazanılan iki setə kimi davam etməsi və açıq havada oynanılması. Klassik voleyboldan isə blokun toxunuşu, əvəzetmələrin mövcudluğu və topu daxil edənlərin növbəliyi kimi qaydalar götürülüb.

Qar voleybolunun unikallığı ondan ibarətdir ki, meydançada eyni vaxtda üç nəfər olur (üstəgəl bir ehtiyat oyunçu), set 15 xala kimidir və əvəzetmələrin edilməsində özünəməxsus xüsusiyyəti var.
Meydançanın örtüyünü də qeyd etmək lazımdır: səth qardan ibarət olmalıdır. Mümkün qədər düz və eyni olmalıdır: rəsmi dünya yarışlarında qarın qalınlığı 30 sm-dən az olmalı deyil.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
26
7
idman.biz

10Mənbələr