İsrail hakimiyyəti dörd hərbi girovun azad edilməsi müqabilində 200 fələstinli məhbusu azad edib. “Ulusum”.az xəbər verir ki, bu barədə "Galei Tzahal" radiostansiyasının efirində məlumat verilib."Məlumata görə, 114 fələstinli məhbus Ramallahda yerləşən Ofer həbsxanasından azad olunub. Daha 70 məhbus Misirə deportasiya olunacaq, 16-sı isə Qəzza zolağına göndəriləcək," – xəbərdə qeyd olunur.Bir neçə saat əvvəl HƏMAS Beynəlxalq Qırmızı Xaç Komitəsinə dörd israilli qadın girovu təhvil verib. Təhvil prosesi Qəzza zolağında, Fələstin Meydanında baş tutub.
Diqqət Çəkənlər
Mark Rütte: Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxmaq haqqına malik deyil
Fransa gömrükçüləri "Viagra" tipli dərmanla qarışdırılmış rekord həcmdə bal müsadirə ediblər
Dəvələrdə qaçış yarışları qadınlar üçün idman növünə çevrilib - VİDEO