AZ

HƏMAS razılaşmanı yerinə yetirməməkdə İsraili günahlandırır

Hərəkat bildirib ki, yəhudi dövləti razılaşmanın bəzi bəndlərini yerinə yetirməkdə ləng gedir.

Turkustan.az xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtması hələ də qadağan olunduğundan, Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün uğursuzluqlarda İsrail hakimiyyətini günahlandırıb. Müvafiq bəyanat Telegram kanalında dərc olunub.

“Düşmən sazişin bəzi bəndlərini yerinə yetirməkdə ləng gedir - xüsusən də Ər-Rəşid oxundan köçkünlərin cənubdan geri qayıtmasına imkan vermir. Bu baxımdan, HƏMAS razılaşmanın həyata keçirilməsində baş verən hər hansı uğursuzluqlara və onların nəticələrinə görə İsraili ittiham edir”-deyə, sənəddə deyilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
50
turkustan.az

10Mənbələr