AZ

Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır - Mənbə

Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

Hökumətdəki mənbələrdən Day.Az-а bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir", - mənbə bildirib.

Qeyd edək ki, daha öncə bir sıra KİV-lərdə bu il Azərbaycanda referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbul olunacağı barədə yanlış məlumatlat yayılıb.

Seçilən
11
5
day.az

7Mənbələr