AZ

Lukaşenko: Belarus Ukrayna tərəfi ilə müəyyən əlaqələr saxlayır

"Bəli, biz ukraynalılarla müəyyən əlaqələr saxlayırıq".

“İki sahil” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz bunu ayrıca etmirik, ruslar bunu bilirlər", - Belarus lideri əlavə edib.

Lukaşenko əsirlərin və ölənlərin mübadiləsinin məhz Belarus ərazisində olduğunu vurğulayıb.

"Biz mübadilələr və dialoqlar aparırıq. Lazım olan yerdə humanist şəkildə", - Lukaşenko deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr