ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları zərurət yaranarsa, təhsil və tibb müəssisələrində sənədsiz miqrantları saxlaya biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin yeni prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üzrə təyin etdiyi məsul şəxs Tomas Homan deyib.
Jurnalistin "MS-13 (Mara Salvatrucha) dəstəsinin neçə üzvü 14-17 yaşındadır" sualına Homan belə cavab verib: "Çoxu yeniyetmədir. Mənə başqa bir hüquq-mühafizə orqanının adını verin, onun zabitlərinin məktəbə, həkim kabinetinə və ya tibb şəhərciyinə girişi qadağandır. Başqa heç bir qurumda belə standartlar yoxdur. Bu cür həssas sahələr istisna olmaqla, yaxşı təlim keçmiş zabitlər əməliyyata cəlb olunacaqlar". - o əlavə edib.
T.Homan bildirik ki, ICE zabitlərinin səlahiyyətləri olmalıdır ki, milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdid olduğunu dərk edərlərsə, o zaman həbs edə bilsinlər.
Qeyd edək ki, MS-13 kimi tanınan Mara Salvatrucha 1980-ci illərdə Los-Ancelesdə, Kaliforniyada yaranmış beynəlxalq cinayətkar dəstədir. Əvvəlcə dəstə Salvadorlu immiqrantları Los-Anceles bölgəsindəki digər dəstələrdən qorumaq üçün yaradılmışdı. Zaman keçdikcə dəstə daha ənənəvi cinayətkar təşkilata çevrildi.