AZ

Sabunçuda yeraltı piyada keçidi sakinlərə problem yaradır – İşıqlandırma yoxdur VİDEO

İllər əvvəl istifadəyə verilən piyada keçidi bərbad vəziyyətə düşüb. Qurunt suyu keçidi basıb deyə, sakinlər yolun əks tərəfinə yerə düzdükləri taxtaların üstü ilə keçirlər. 

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Bəhruz Kəngərli küçəsindən gedir. Bir neçə il əvvəl sözügedən ərazidə dəmiryolu xəttinin altından sakinlərin rahat gediş-gəlişi üçün yeraltı keçid inşa edilib.

Sakinlər deyirlər ki, əvvəllər keçiddə heç bir problem olmayıb. Sonradan alkopan üzlüklər, işıqları sındırılıb, yararsız hala salınıb. Bir sözlə, keçidə nəzarət edilmir.

Həmin keçid Dəmiryolları Qapalı Səhimdar Cəmiyyətin balansındadır. Sözügedən qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, keçiddəki qurunt suyudur və bu barədə İri Şəhərlərin Birləşmiş Su  Təchizatı Xidmətinə məlumat verilib ki, problem aradan qaldırılsın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
51
47
xezerxeber.az

10Mənbələr