İranın qərbindəki Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşob.
Əyalət qubernatorluğu tələfat və dağıntiların olmadığını açıqlayıb.