İranın Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
7News.Az xarici mətbuatına istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Kirmanşah əyalətinin Qəsri-Şirin şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 04:32-də qeydə alınıb.
Əyalət qubernatorluğu zəlzələdə can və ya mal itkisinin olmadığını bildirib.
7News.Az