AZ

İranda 5,1 bal gücündə zəlzələ olub

Bakı, AzerVoice

İranın qərbində yerləşən Kirmanşah əyalətinə bağlı Qəsri Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Kirmanşah əyalətinin Qəsri Şirin şəhəri olub.

Yerli vaxtla 04:32-də qeydə alınan zəlzələ yerin 8 kilometr dərinliyində baş verib.

Kirmanşah əyalətinin valiliyindən verilən açıqlamada, zəlzələ nəticəsində insan tələfatının və ya maddi ziyanın baş vermədiyi bildirilib.

Seçilən
11
3
turkic.world

6Mənbələr